Ermənistandan sərhəddə növbəti TƏXRİBAT

Oxunma vaxtı:20 Saniyə

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, Ermənistan son bir neçə gündə Naxçıvan və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub.

Loading

Next Post

Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib. Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Vladimir Putin Şəhidlər xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman […]