Kamran Əliyevin rəhbərlik etdiyi heyət Dohada BMT tədbirində iştirak edir

Oxunma vaxtı:1 Dəqiqə, 29 Saniyə

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.

Baş Prokurorluqdan verilən xəbərə görə, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) Panel müzakirələrinə qatılıb. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.

Baş prokuror çıxış edərək bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin cari ilin may ayında Bakı şəhərində baş tutmuş 6-cı Plenar Sessiyası xüsusilə məhsuldar olub.

Belə ki, 90-dan artıq ölkənin 300-dən yuxarı nümayəndəsinin bir araya gəldiyi görüşlərdə təsisatın fəaliyyəti üçün təməl təşkil edən Şəbəkə üzvləri arasında məlumat mübadiləsinin Nümunəvi Razılaşması və Aparıcı Göstərişlər məhz Bakıdakı müzakirələr nəticəsində qəbul edilib.

Bununla yanaşı, Assambleyanın Plenar iclasına paralel olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) və Yaşıl İqlim Fondunun birgə təşkilatçılığı ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif məsuliyyət tədbirlərinə həsr edilmiş xüsusi sessiya keçirilib.

Sessiyada çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ölkəmizin prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmiş preventiv tədbirlər, eləcə də pozuntu hallarına görə tətbiq edilən məsuliyyət tədbirləri barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Assambleyanın Plenar iclasının növbəti günündə səsvermələr nəticəsində Assambleyası sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilmiş Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli sədrlik edib.

Plenar sessiyada iştirakçı ölkələrin nümayəndə heyətlərinin korrupsiyaya qarşı mübarizə üzrə milli səviyyədə həyata keçirilmiş tədbirlərlə bağlı hesabat məruzələri dinlənilib.

Assambleya dekabr ayının 19-dək öz işini davam etdirəcək.

Loading

Next Post

Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib. Şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub. Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır. Lakin Nəqliyyat Təlim Mərkəzi Bakı şəhəri, […]