Bakıda “Nəqliyyat Təlim Mərkəzi” yaradılıb

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib.

Şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub.

Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır. Lakin Nəqliyyat Təlim Mərkəzi Bakı şəhəri, Zığ qəsəbəsində fəaliyyət göstərəcək.

Məlumat üçün deyək ki, hazırda Buzovna qəsəbəsi, Albalılıq ərazisində yeni avtobus parkı tikilir.

Loading

Next Post

Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir

Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib. Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir. “Biz sadəcə işlərin dialoq, […]