Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir

Oxunma vaxtı:30 Saniyə

Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib.

Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir.

“Biz sadəcə işlərin dialoq, müzakirələr və sülh yolu ilə irəliləməsinə ümid edirik. Hər kəs razılaşmanın heç bir gecikmə olmadan və təhrif olunmadan icra edilməsini gözləyir”, – Hakan Fidan qeyd edib.

Hakan Fidanın bu açıqlamalarından əvvəl Suriya hökuməti SDQ-yə Suriya ordusu ilə inteqrasiya üçün yekun təklif olaraq 13 maddəlik bir plan təqdim edib.

Loading

Next Post

PA rəsmisi: Prezident İlham Əliyevin çıxışları informasiya müharibəsində həlledici rol oynayıb

Bu gün informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib və bu reallıq Qarabağ müharibəsi zamanı açıq şəkildə özünü göstərib. APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Türkiyə […]