Rusiya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Oxunma vaxtı:17 Saniyə

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.

Rusiya lideri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Vladimir Putin Şəhidlər xiyabanında əklil aparan hərbçiləri izləyib. Onlar “Əbədi məşəl” önünə əklil qoyan zaman dövlət başçısı matəm lentini düzəldib.

Loading

Next Post

Putin: Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırdır

Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib. O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevlə danışıqların nəticələrini Azərbaycana səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcək. Putin […]