Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

Oxunma vaxtı:31 Saniyə

Sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.

Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Loading

Next Post

İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüz olduğunu bildirib, çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.O, bu barədə İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə açıqlama verib. “Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. […]