UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

Oxunma vaxtı:41 Saniyə

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir.

“Qarabağ” Çempionlar Liqasında Cəbəllütariqin “Linkoln” komandasının qapısına beş cavabsız qol vurub. “Köhlən atlar” səfərdə də qalib gəlmişdi – 2:0.

“Zirə” ötən gün Slovakiyada “DAK 1904” klubunu üstələyib – 2:1. “Qartallar” ilk dueldə inamlı qələbə əldə edib – 4:0.

“Sabah” əlavə vaxtda İsrailin “Makkabi” (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi “Fehervar”a məğlub olan “Sumqayıt” səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Loading

Next Post

İvanişvili koronavirusun fəsadları ilə üzləşib - Xəstədir

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusun fəsadları ilə üzləşib. Bunu yerli mətbuata partiyanın mətbuat xidməti bildirib. Qeyd olunub ki, İvanişvili iki həftə əvvəl xəstələnib və hələ də müalicəsi davam edir, Partiya deyiblər ki, məhz bu səbəbdən İvanişvilinin medal qazanan olimpiyaçılara təbrik məktubunu […]