Türkiyə ordusu 5 terrorçunu məhv ETDİ

alfonsonri
Oxunma vaxtı:15 Saniyə

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Loading

Next Post

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, […]