Prezident tapşırıq verdi – Qanunsuz parkinq ləğv olundu

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Loading

Next Post

Ölmüş heyvanlarla danışan qadın külli miqdarda pul qazanır

ABŞ-da 33 yaşlı yerli sakin heyvanlarla, o cümlədən də ölmuş canlılarla ünsiyyət qurmaq üçün yüksək maaşlı işini tərk edib. Qadın hüquqşünas işləyib və təxminən ayda 75 min dollar alıb. Xanımın sözlərinə görə, bir gün o, həm canlı, həm də ölmüş heyvanlarla ünsiyyət qura biləcəyini anlayıb. İndi o, öz məşğuliyyətilə dolanır, […]