İranlı nazir Tramp hökuməti ilə danışıqları mümkünsüz hesab edir

Oxunma vaxtı:33 Saniyə

İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya ilə danışıqların mümkünsüz olduğunu bildirib, çünki Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirməyib.

O, bu barədə İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş nümayiş zamanı ISNA agentliyinə açıqlama verib.

“Amerikalılar cəfəngiyyat danışırlar. Biz sanksiyalar və təhdidlər şəraitində danışıqlar aparmırıq. ABŞ-nin indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”, – o bildirib.

Qeyd edək ki, fevralın 4-də Tramp İrana qarşı ABŞ-nin maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. Fərman, xüsusilə, Vaşinqtonun İran neftinin ixracının azaldılmasına yönəlmiş səylərinin aktivləşdirilməsini nəzərdə tutur.

D.Tramp eyni zamanda İran Prezidenti Məsud Pezeşkian ilə görüşün mümkünlüyünü istisna etməyib.

Loading

Next Post

Rumıniya Prezidenti istefa verəcək

Rumıniya Prezidenti Klaus İohannis fevralın 12-də istefa verəcəyini bəyan edib.Bu barədə xarici KİV məlumat yayıb. K.İohannisin prezident səlahiyyətləri seçkilərin ləğvi fonunda dekabrın 21-də başa çatıb. Rumıniyanın müxalifət partiyaları bu gün parlamentdə onun impiçmenti məsələsini qeydiyyata almağı planlaşdırırdılar. Ölkədə prezident seçkiləri mayın 4-nə təyin edilib. Daha əvvəl K.İohannis istefa verməyəcəyini bəyan […]