KİV: Kaliforniyada yanğın qurbanlarının sayı 11-ə çatıb

Oxunma vaxtı:19 Saniyə

Kaliforniya ştatının (ABŞ) Los-Anceles dairəsində baş verən yanğınlar nəticəsində azı 11 nəfər həlak olub.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Daha əvvəl ölənlərin sayı 10 nəfər idi.

Məlumata görə, beş nəfər Peliseyds yanğın zonasında, altı nəfər isə İton bölgəsindəki yanğında həlak olub.

Los-Anceles dairəsində 15,2 min hektar ümumi sahədə altı təbii yanğın davam edir. Ən böyük iki yanğın İton və Peliseydsdədir.

Loading

Next Post

Bələdiyyə seçkilərində 16 min 128  nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər. MSK sədri həmçinin bələdiyyə seçkilərində 66 mindən artıq müşahidəçinin akkreditasiyadan keçdiyini də bildirib.