KİV: Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır

Oxunma vaxtı:37 Saniyə

Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır.

Bu barədə “Yeşil Iğdır” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İğdır valisi Fırat Taşolar 1993-cü ildən bəri bağlı olan Türkiyə Ermənistanla sərhəddəki “Alican” keçid məntəqəsində artıq yekunlaşmaq üzrə olan yenidənqurma və təmir işləri ilə tanış olmaq üçün məntəqəyə baş çəkib.

Məlumata görə, vali texniki heyət ilə birlikdə sərhəd boyunca olan binaları və keçid marşrutlarını yoxlayıb, işlərin yaxın vaxtlarda tamamlanacağını vurğulayıb.

Qəzetin yazdığına görə, “Alican” keçidinin açılması yalnız diplomatik deyil, həm də bölgə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu İğdır və ətraf əyalətlərdə ticarət fəaliyyətlərinin artmasına və iqtisadiyyatın canlanmasına, Qafqaz üzərindən daşıma marşrutlarının qısalması ilə logistikanın daha səmərəli hala gəlməsinə, Türkiyə və Ermənistan arasında qarşılıqlı səfərlərin və bölgə üzrə turizminin artmasına şərait yaradacaq.

Loading

Next Post

Azərbaycan MN rəhbərliyi Ər-Riyadda "World Defense Show" sərgisində iştirak edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show 2026” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib. Dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və ölkəmizdən olan digər özəl şirkətlərin […]