FT: Qrenlandiya qalmaqalı Ukraynanın müharibədən sonra bərpası ilə bağlı sazişi pozub

Oxunma vaxtı:52 Saniyə

Ukraynanın müharibədən sonrakı bərpasına dair planlaşdırılan 800 milyard dollarlıq sazişin imzalanması təxirə salınıb.

Bu barədə “Financial Times” qəzeti rəsmi mənbələrə istinadən məlumata yayıb.

Məlumata görə, Ukrayna ilə ABŞ arasında müharibədən sonrakı bərpa ilə bağlı razılaşmanın Davosda imzalanması planları pozulub.

Qeyd edilib ki, buna səbəb Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etmək niyyətinə və onun irəli sürdüyü “Sülh Şurası” təşəbbüsünə qarşı çıxması olub.

Məlumata görə, bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna, Avropa və ABŞ arasında razılaşdırılması nəzərdə tutulan və dəyəri 800 milyard dollar olan iqtisadi inkişaf planının elan edilməsi qeyri-müəyyən vaxta təxirə salınıb.

“Hazırda heç kim Trampla saziş ətrafında böyük bir şou yaratmaq əhvalında deyil”, – mənbə qeyd edib.

Əlavə edilib ki, Qrenlandiya və “Sülh Şurası” ətrafında yaranan mübahisə Alp dağlarında keçirilən görüşdə Ukraynaya ayrılması planlaşdırılan diqqəti kölgədə qoyub.

Mənbələrin bildirdiyinə görə, Qrenlandiya ilə bağlı ABŞ və Avropa paytaxtları arasında yaranan gərginlik bu həftə yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri arasında aparılan danışıqlara da mənfi təsir göstərib. Onların sözlərinə görə, ABŞ bazar ertəsi axşam keçirilən danışıqlara öz nümayəndəsini göndərməyib.

Loading

Next Post

İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donlad Trampa Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət məktubuna görə minnətdarlıq bildirib. İlham Əliyevin Donald Trampa ünvanlandığı məktubda qeyd olunub ki, bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin […]