Kurskda vəziyyət gərgindir, əhali təxliyə olunur

Oxunma vaxtı:17 Saniyə

“Hazırda Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir”.

Bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib.

O, sakinləri könüllü təxliyəyə səsləyib: “Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm”.

Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək.

Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması nəticəsində 69 nəfər yaralanıb.(Kommersant)

Loading

Next Post

Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırıldı

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama edilən […]