Paşinyanın Putinin andiçmə mərasiminə getməyəcəyi dəqiqləşdi

Oxunma vaxtı:24 Saniyə

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyi dəqiqləşib.

Bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.

Simonyan jurnalistlərin Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Moskvaya səfər edib-etməyəcəyi ilə bağlı suala “Xeyr” cavabını verib. 

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası öz mənbələrinə istinadən Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyini yazmışdı.

Onu da qeyd edək ki, Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə 12:00-da keçiriləcək.

Loading

Next Post

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib. Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki […]