Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Oxunma vaxtı:30 Saniyə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Heyvanlarla məsuliyyətli davranış haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, ölkəmizdə heyvanlarla davranış sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin dinlənilməsi və müzakirəsi məqsədilə növbəti ictimai dinləmə keçirilib.

Görüşdə heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanılması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi istiqamətində qanunvericilik sistemində yeni təkmilləşdirilmələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

İctimai dinləmədə cəmiyyətdə humanizmin inkişafı və heyvanlarla davranış zamanı məsuliyyətliliyin, eyni zamanda hüquqi şüurun daha da artırılması ilə əlaqədar iştirakçıların fikirləri dinlənilib.

Loading

Next Post

Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulandı. Azərbaycan Prezidentinin bu […]