Nazir: Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

Oxunma vaxtı:27 Saniyə

Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Bu barədə jurnalistlərə açıqlama verən nazir xatırladıb ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyası yaradılıb.

O qeyd edib ki, indiyə qədər komissiyanın beş iclası keçirilib:

“Ümumilikdə, 96 plastik cərrahiyyə mütəxəssisi sənədlərini təqdim edib. Bu iclaslarda 40 plastik cərrahın sənədləri araşdırılıb, onlar dəvət olunub və tam şəffaf şəkildə müvafiq yoxlamalar aparılıb. Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq”.

Loading

Next Post

İsveç səfirliyi: Xocalı faciəsi qurbanları ilə bağlı Azərbaycan xalqının kədərini bölüşürük

İsveçin Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə paylaşım səfirliyin sosial şəbəkədəki səhifəsində yerləşdirilib. “Bu gün biz 1992-ci ildə Xocalı hadisələri zamanı öz yaxınlarını itirmiş azərbaycanlıların kədərini bölüşürük”, – qeyd olunub.