Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

Oxunma vaxtı:34 Saniyə

Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb.

Bunu dinşünas Elşad Miri “Baku TV”nin “Aktual gündəm” verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.

Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: “Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, müştəri gözü ilə baxırlar. Şagirdlər arasında da ayrı-seçkilik yaranır, nisbətən zəif geyinən şagird yoldaşları tərəfindən lağ obyektinə çevrilir”.

Dinşünas qeyd edib ki, dövlət məktəblərində kifayət qədər yüksək səviyyəli dərs tədris olunur: “Burada isə artıq standart, vahid formaya keçid müəyyənləşdirilməli, bu kimi müzakirələrə son qoyulmalıdır. Biz gələn müzakirələrdə artıq məktəblilərin uğurları barədə danışmalıyıq”.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dolları və ya 4,95 % azalaraq 69,72 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,77 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]