RİİB sabahdan yardım kampaniyasına start verir

alfonsonri
Oxunma vaxtı:47 Saniyə

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verir. 

Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.

Humanitar yardım göstərmək istəyən şəxslər pul vəsaiti istisna olmaqla, yalnız ilkin tələb olunan ləvazimatları qeyd edilən ünvana təhvil verə bilər. RİİB könüllüləri tərəfindən əhalidən toplanan yardım daha sonra Türkiyədə fəlakət zonasına göndəriləcək. 

Yardım kampaniyası ilə əlaqədar yaranan suallarla bağlı İctimai Birliyin “150” nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım da göndərilir.

Loading

Next Post

Leyla Abdullayeva Türkiyənin Fransadakı səfiri ilə GÖRÜŞDÜ

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisdəki səfiri Əli Onanerlə görüşüb. Leyla Abdullayeva bu barədə tviterdə yazıb. “Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı həmrəyliyimizi ifadə etmək, Türkiyə xalqına başsağlığı bildirmək üçün Parisdəki həmkarlar ilə birgə Türkiyə səfirliyini ziyarət etdik, Səfir Əli Onaner ilə səmimi fikir mübadiləsi apardıq. Başın […]