Prezidentdən Merihlə bağlı paylaşım – “Cəza ədalətsizdir”

Oxunma vaxtı:33 Saniyə

“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.

Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb. Bununla da, M.Demiral 1/4 final mərhələsində oynaya bilməyəcək.

Loading

Next Post

Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar

Türk Dövlətləri Təşkilatının liderlərinin iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verir. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.