Qaxda turist dağdan yıxılıb xəsarət aldı – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Qaxa gələn turist rayonun İlisu kəndində Hamamdərə deyilən ərazidə yıxılaraq xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, hazırda polis, prokurorluq, FHN əməkdaşları və TTY-nın həkim briqadası hadisə yerindədir.

Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür.

***16:35

Qaxda turist dağdan yıxılaraq ağır xəsarət alıb.

Hadisə rayonun İlisu kəndi ərazisində baş verib.

İlisu kəndindən 7 km məsafədə yerləşən dağlıq ərazidəki “İlisu Dağ Hamamı” adlanan əraziyə gedən turist dağdan yıxılıb.

Əraziyə Qax Yanğından Mühafizə Hissəsinin texnikası və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.

Loading

Next Post

Zelenski Ermənistan şirkətini "qara siyahı"ya saldı

Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə sanksiya tətbiq edib. Bu barədə 1-də Ukrayna Prezidenti Volodimir Zelenski qərar imzalayıb. Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir. Zelenskinin bu gün imzaladığı qərarla ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.