Azərbaycanda bu ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

Oxunma vaxtı:23 Saniyə

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Loading

Next Post

Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin. Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və […]