Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:43 Saniyə

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.

Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim.

Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik”.

Loading

Next Post

Bakıda taksi parkının optimallaşdırılması tıxacların azaldılması üçün təxirəsalınmaz addım kimi göstərilir

“Şəhər mobilliyi və Bakının taksi parkının optimallaşdırılması” adlı müstəqil ekspert tədqiqatına görə, Bakıda yol-hərəkət mobilliyində real irəliləyiş üçün qısa müddətdə şəhərdə taksilərin sayı azaldılmalı və mövcud qaydaların icrası sərtləşdirilməlidir. Tədqiqatda deyilir ki, taksi sektorunda əsas problem tələbin azlığı deyil, həddindən artıq taksinin mövcudluğudur. Bu hərəkət sürətinin azalmasına, tıxacların artmasına, sürücülərin […]