Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb (FOTO)

Oxunma vaxtı:1 Dəqiqə, 6 Saniyə

Xarici İşlər naziri Ceyhun Bayramov İranın ölkəmizə təyin edilmiş yeni səfiri Seyid Abbas Musəvini qəbul edib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, İran səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

C.Bayramov Seyid Abbas Musəvini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından bəhs edib, əməkdaşlıq gündəliyində duran məsələlərin səmərəli şəkildə həyata keçirilməsi yolları üzrə fikir mübadiləsi aparıblar. Çoxtərəfli platformalarda uğurla əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə edilib.

Səfir Seyid Abbas Musəvi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Səfir İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin ən səmimi arzularını və təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. İran səfiri ikitərəfli münasibətlərin dərinləşməsində böyük potensialın olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.

Öz növbəsində Səfir Seyid Abbas Musəvi münaqişə məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə İranın Azərbaycanın mövqeyini dəstəklədiyini və ölkəsinin münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazır olduğunu vurğuladı.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr apardılar.

Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb (FOTO) - Gallery Image
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb (FOTO) - Gallery Image
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb (FOTO) - Gallery Image
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu günə kimi 40 minə yaxın namizəd müəllim olmaq üçün imtahan verib

Bu günə kimi 17 fənn üzrə 40 minə yaxın namizəd müəllim işləmək üçün imtahan verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resurssları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi artıq başa çatmaq üzrədir: “Sabah test imtahanı mərhələsi başa çatır. […]