Cəbhəboyu ərazilərdə hərbi sursat, mina, partladıcı və mərmi qalıqları aşkar edilib – FOTO

Oxunma vaxtı:56 Saniyə

2020-ci il 12-14 Noyabr tarixlərində Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 251 (iki yüz əlli bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 5 (beş) müraciət daxil olub.

Doğrusöztv.Az Milli.Az-a istinadən bildirir ki, daxil olmuş 251 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 106 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 46 ədəd partlamamış hərbi sursat (PHS), 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd partlamamış hərbi sursat (PHS), mexaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunmuş və çox saylı qəlpə yarası allb.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Dağlıq Qarabağdakı sülhməramlılar nəyə və necə nəzarət edəcklər? - İZAH

Sülhməramlıların əsas vəzifəsi tərəflər arasında mövcud razılaşmanın öhdəliklərini cira etməkdir. Doğrusöztv.Az  Trend-ə istinadən bildirir ki, noyabrın 10-da imzalanmış bəyanatdan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinə hüquqi icazə verilmiş oldu. Sülhməramlı missiya nədir? – BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə […]