Qəbələnin Nohurqışlaq kəndində qaz kəsiləcək

Oxunma vaxtı:30 Saniyə

Qəbələ rayonunun Nohurqışlaq kəndinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, kənd ərazisində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Mehdiyev Elvin Telman oğluna məxsus torpaq sahəsindən keçən D=108 mm-lik aşağı təzyiqli qaz xəttinin və Şabəddinov Mansur Ağalar oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D=57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar mayın sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nohurqışlaq kəndində 350 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Loading

Next Post

Hədəfi bəlli 107 yaşlı Müstəqil Azərbaycan - dost da, düşmən də dəyişməyib - ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zaman ötsə də, yaşının üstünə yaş gəlsə də, sanki ölkə ictimaiyyətinə, vətəndaşlarına daha da yaxınlaşır. Yeni nəsil onu dəyərləndirdikcə o da gəncləşir.Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci illiyi, Azərbaycanın Müstəqilliyi günüdür. İllər keçsə də, bu milli dövlətin qurucuları, yaradılması, tarixi şəraiti və başqa bu kimi […]