Sabah yağış yağacaq – PROQNOZ

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda dekabrın 27-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Loading

Next Post

Özbəkistan Prezidenti İlham Əliyevə başsağlığı verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib. Qeyd edək […]