Sabah hava necə olacaq?

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Loading

Next Post

Daha 3 növ kağız və karton gömrük rüsumundan azad edilir

Azərbaycana idxal olunan daha 3 növ kağız və karton – sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın […]