Daha 3 növ kağız və karton gömrük rüsumundan azad edilir

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Azərbaycana idxal olunan daha 3 növ kağız və karton – sonrakı emala məruz qalmamış və ya emal olunmuş rulonlarda və ya vərəqlərdə digər təbaşirlənməmiş digər kağız və karton, sulfitli sarğı kağızı və 1 m2-nin kütləsi 150 q-dan az olan rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton gələn il yanvarın 1-dən 5 faiz gömrük rüsumundan azad edilir.

Bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Qeyd edək ki, hazırda yarımsellülozdan büzmə üçün kağız, saman kütləsindən büzmə üçün kağız idxal gömrük rüsumundan azaddır.

Loading

Next Post

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Bu gün Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 04:27-də, iftar vaxtı isə 19:37-dədir. İmsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!” Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin […]