Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Oxunma vaxtı:23 Saniyə

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında (MR) və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.

Loading

Next Post

Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb

Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğramış AZAL-ın təyyarəsinin kabinindəki səs yazıcısını oxunmasına başlanılıb. Bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb. Məlumata görə, qara qutular Braziliyaya çərşənbə günü (Bakı vaxtı ilə cümə axşamı) gətirilib. Nəşrin istintaqla tanış olan həmsöhbətlərinin sözlərinə görə, səsyazıcılarının oxunmasına yanvarın 2-də (Bakı vaxtı ilə […]