Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq – Xəbərdarlıq

Oxunma vaxtı:30 Saniyə

Hava şəraitilə bağlı növbəti xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,

 Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Loading

Next Post

Bakının məşhur məktəbinə direktor təyin olundu

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib. Bu vəzifəyə Aygün Mikayılova gətirilib. Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb. Məlumatı məktəbdən təsdiq ediblər. Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat […]