Ərdoğan İsrailin Sumud gəmisinə hücumunu lənətlədi

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Türkiyə Prezidenti Qlobal Sumud Donanmasına qarşı İsrailin beynəlxalq sularda törətdiyi hücumu sərt şəkildə pisləyib.

Prezident Ərdoğan bu barədə X hesabı üzərindən paylaşım edib.

O, qeyd edib ki, Qəzzada aclıqdan ölən uşaqlara diqqət çəkmək və məzlumlara humanitar yardım aparmaq üçün yola çıxan donanmaya qarşı edilən bu quldurluq İsrailin Qəzzadakı cinayətlərini gizlətmək cəhdlərinin göstəricisidir:

“Soyqırımçı Netanyahu hökuməti sülhün bərqərar olmasına, hətta belə bir ehtimalın yaranmasına belə dözümsüz yanaşır.

Sumud Donanması Qəzzadakı vəhşiliyi və İsrailin qətliamçı siyasətini bir daha bütün dünyaya göstərib. Türkiyə insanlığın ortaq vicdanını təmsil edən bu ümid yolçularının yanındadır.

Türkiyənin müvafiq qurumları hadisələrin gedişatını yaxından izləyir, aktivistlərin və vətəndaşların təhlükəsizliyi üçün bütün tədbirlər görülür.

Qəzzada qan tökülməsinin dayandırılması, humanitar yardımların maneəsiz çatdırılması və atəşkəsin təmin olunması üçün əlimizdən gələni edəcəyik”.

Loading

Next Post

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən beş il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən beş il ötür.2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd ilk […]