UEFA Çempionlar Liqası: 1/8 finalın püşkü atılıb, “Qalatasaray”ın rəqibi müəyyənləşib

Oxunma vaxtı:24 Saniyə

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:

PSJ (Fransa) – “Çelsi” (İngiltərə)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya)

“Budyo Qlimt” (Norveç) – “Sportinq” (Portuqaliya)

“Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)

“Atalanta” (İtaliya) – “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) – “Tottenhem” (İngiltərə)

“Bayer 04” (Almaniya) – “Arsenal” (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

Loading

Next Post

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Azərbaycanda fevralın 27-si saat 15:00-a olan məlumata əsasən, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, […]