Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsinin xərcləri 2 milyard 567,5 milyon manat təşkil edib.

Loading

Next Post

Estoniyanın xarici işlər naziri Zəfər parkını ziyarət edib

Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib. Yenixeber.org xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz […]