Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir – DSX

Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətin bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə – Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana – 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilir: İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi Abdullayeva Leyla Yaşar qızı Həbibzadə Elcan İbrahim oğlu Rəfiyev Yalçın İlqar oğlu.