AYNA: Avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq

Oxunma vaxtı:46 Saniyə

Azərbaycanda avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı artırılacaq.

Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

O qeyd edib ki, mobilliyin transformasiyası çərçivəsində Azərbaycanda ictimai nəqliyyatın ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən texnika ilə təminatı ətraf mühitin qorunması gündəliyinə uyğun aparılır: “Əvvəlcə paytaxtın ictimai nəqliyyat sektorunu əhatə edən parkın yenilənmə prosesi bölgələrdə də həyata keçiriləcək. Ölkəyə gətirilən yeni avtobuslar elektrikli və ya digər ekoloji təmiz enerji mənbəyi – sıxılmış qazla (CNG) çalışan mühərriklərlə təchiz olunub. 2030-cu ilə qədər müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq. Bu ilin payızında Sumqayıtda istehsalına başlanılacaq elektrikli avtobuslar parkın yenilənməsini və onların bütün ölkə ərazisində geniş şəkildə istismara buraxılması prosesini daha da sürətləndirəcək. Təbii ki, paralel olaraq, bu tip avtobuslar üçün enerjidoldurma məntəqələrinin sayı da artırılacaq. Bu məqsədlə müvafiq cihazlar yalnız avtobus depolarında deyil, nəqliyyat mübadilə mərkəzlərində də quraşdırılacaq”.

Loading

Next Post

Azərbaycan Prezidenti şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev şimali makedoniyalı həmkarı Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu göndərib. Başsağlığında deyilir: “Hörmətli xanım Prezident,                                          Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və […]