Estoniyanın xarici işlər naziri Zəfər parkını ziyarət edib

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna oktyabrın 22-də Bakıdakı Zəfər parkını ziyarət edib.

Yenixeber.org xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Nazir parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Loading

Next Post

Azərbaycan-Qazaxıstan münasibətləri: Türk dünyasında sıx əməkdaşlığa doğru - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri, müzakirə edilən mövzular, əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Səfər regionla yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın artan nüfuzunu, rəsmi Bakının qlobal oyunçuya çevrildiyini sübut edən önəmli faktorlardan […]