Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta əməliyyatlarının vahid informasiya sistemini yaradıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Xidmətləri və Ödənişsiz Sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev bildirib.

Onun sözlərinə görə, sistemin təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq həm banklar, həm ödəniş təşkilatları, həm də elektron pul təşkilatları ölkədən kənara valyuta köçürülməsi ilə bağlı məlumatları dərhal sistemə əlavə etməlidirlər.

“Artıq banklar sistemə inteqrasiya edilib. Bu ilin sonuna qədər ödəniş və elektron pul təşkilatları da sistemə inteqrasiya ediləcəklər. İnterqasiya işləri tamamlandıqdan sonra dərhal lazımi məlumatlar real vaxt rejimində sistemə daxil edəcək və bununla da vahid baza formalaşacaq. Nəticədə AMB valyuta ilə bağlı əməliyyatlara daha effektiv, daha səmərəli şəkildə nəzarət edə biləcək”, – deyə AMB rəsmisi qeyd edib.

Loading

Next Post

Azərbaycanın yeni hərbi prokuroru təyin edilib - SƏRƏNCAM

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, B.Əhmədov 1984-cü ildə anadan olub. O, Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.  Baş prokurorun müavini bu təyinata qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub.