Sabah yağış yağacaq, külək güclənəcək

Oxunma vaxtı:37 Saniyə

Azərbaycanda martın 7-də havanın arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Loading

Next Post

İlham Əliyev: İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması iki ölkə dostluğunu bir daha əks etdirir

İran tərəfindən Azərbaycana qarşı törədilmiş bu terrorun Pakistan tərəfindən şiddətlə qınanılması Azərbaycan-Pakistan dostluğunu bir daha əks etdirir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib. Azərbaycan Prezidenti və Pakistanın Baş naziri yaxşı və çətin günlərdə iki ölkənin daim bir-birinin yanında olduqlarını və istənilən qarşılıqlı […]