Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Oxunma vaxtı:18 Saniyə

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, müayinələrdən sonra tələbələrdən 35-i ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər tələbələrin müalicəsinin davam etdiyi və səhhətlərinin yaxşı olduğu bildirilib. Faktla bağlı cinayət işi […]