Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Oxunma vaxtı:45 Saniyə

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, “Payız-Qış” mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz, dayanıqlı və təhlükəsiz təmin edilməsi ilə əlaqədar Neftçala rayonunun Bankə qəsəbəsində yeni 500 m³/saat ŞQTM-in quraşdırılması, həmçinin qəsəbənin bir hissəsini təbii qazla təmin edən qaz kəməri üzərində Dş 80 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi məqsədilə sabah saat 10:00-dan etibarən işlər başa çatana qədər Bankədə (ümumi 1 527 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Loading

Next Post

Yenidən prokuror təyin olundular

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib. Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib. Baş prokurorun digər […]