Bəzi avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb

Oxunma vaxtı:24 Saniyə

Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Loading

Next Post

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Dövlət başçısının təbrikində qeyd edib ki, Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl […]