Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub

Oxunma vaxtı:17 Saniyə

İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Məşhur həkimdən şok proqnoz: Ölülərlə danışa biləcəksiniz

Tanınmış həkim 2077-ci ildə ölülərlə danışmağın mümkün olacağını iddia edib. Nyu York Şəhər Kollecində çalışan həkim Miçio Kaku elm adamlarının üzərində çalışdıqları və 2077-ci ildən sonra geniş yayılacağı gözlənilən texnologiya haqqında məlumat verib. Miçio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü […]