DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar – VİDEO

Oxunma vaxtı:23 Saniyə

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar.

DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Xidmət rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib. Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoyulub.

Loading

Next Post

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi yaradılacaq

Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi qurulacaq. Bu, parlamentin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunun layihəsində əksini tapıb.