Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan vətəndaşı İbrahimov Zaməddin Bəfadar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə İbrahimov Zaməddin Bəfadar oğlunun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Zaməddin İbrahimov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Loading

Next Post

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvləri martın 16-da Hadrut məscidini ziyarət ediblər. Bu gün Xocavənd rayonunda Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.