Azərbaycanda rəqəmsal bacarıqları ölçən milli sistemin yaradılması təklif edilir

Oxunma vaxtı:48 Saniyə

Azərbaycanda rəqəmsal bacarıqlar üzrə milli sertifikatlaşdırma sistemi yaradılmalıdır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib.

Hesabatda vurğulanıb ki, o, “DigComp”, “ICDL”, “Microsoft” və “Cisco” kimi beynəlxalq çərçivələrə uyğunlaşdırılmalı, başlanğıcdan irəli səviyyəyə qədər mərhələləri əhatə etməlidir: “Bununla yanaşı, dövlət qulluqçuları, müəllimlər, KOB-lar və mühəndislər kimi müxtəlif peşə qrupları üçün mikrokvalifikasiyalar və modul əsaslı onlayn kurslar təklif edən milli fasiləsiz rəqəmsal təhsil platforması yaradılmalıdır. Dövlət sektorunda işə qəbul və vəzifə yüksəlişi proseslərinə rəqəmsal sertifikatların inteqrasiyası məcburi tələblərdən biri kimi tətbiq olunmalıdır”.

Sənəddə həmçinin bildirilib ki, Azərbaycan həm dövlət, həm də özəl sektorda artan rəqəmsal bacarıq boşluğu ilə üzləşir: “İşçi qüvvəsinin bir hissəsi yeni rəqəmsal alətlərə uyğunlaşsa da, ənənəvi sənayelər və dövlət qurumlarında çalışanların əhəmiyyətli qismi hətta baza səviyyəsində rəqəmsal savadlılığa malik deyil. Üstəlik, rəqəmsal kompetensiyaları ölçən vahid milli sertifikatlaşdırma çərçivəsi və fasiləsiz rəqəmsal təhsil üçün əlçatan platformalar mövcud deyil. Bu çatışmazlıq məhsuldarlığı zəiflədir, rəqəmsal xidmətlərin mənimsənilməsini ləngidir və kiber risklərə həssaslığı artırır”.

Loading

Next Post

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək […]