Yenidən prokuror təyin olundular

Oxunma vaxtı:31 Saniyə

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək Rayon Prokurorluğunda müstəntiq, Naxçıvan MR İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan MR prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.

Baş prokurorun digər Əmri ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə yenidən təyin edilib.

Müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Ramiz Novruzov əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.

Loading

Next Post

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır - TƏQVİM

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub. Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. Aşura günü iyulun 5-nə təsadüf edəcək. İyulun 25-i Məhərrəm ayının son günüdür. Daha sonra isə Səfər ayı başlayır.