Yanvarın 15-də müharibə bitəcək! – PROQNOZ

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib.

O, bu fikri “Inspira” biznes-kluby ilə görüşü zamanı səsləndirib.

Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq.

“Bu, nə dua, nə də arzudur. Mən bunu gələcəyi görən şəxs kimi yox, ABŞ və Avropada bu sahədə anlayışı olan nüfuzlu insanların fikirlərinə əsaslanaraq deyirəm. Rusiya yaxın gələcəkdə Şimali Koreyaya bənzəyəcək, Ukraynanı isə böyük gələcək gözləyir”, – Kaminetski bildirib.

O, həmçinin qeyd edib ki, müharibənin son tarixi hesablanarkən Yeni il bayramı dövrü də nəzərə alınıb: “Yanvarın 15-dən sonra artıq müharibənin sonunu qeyd edəcəyik”.

Loading

Next Post

Kamçatkada 6,3 maqnitudalı zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarında 6,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib. Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 373 kilometr aralıda qeydə alınıb. Zəlzələnin episentri 22,2 kilometr dərinlikdə yerləşib.