MN: Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Oxunma vaxtı:15 Saniyə

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 9-u saat 10:40 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.

Loading

Next Post

Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar: “Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar […]