Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik etdi

Oxunma vaxtı:19 Saniyə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.Bu barədə o, “Instragram” hesabında paylaşım edib.Paylaşımda deyilir:“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!”

Loading

Next Post

Azərbaycan ordusunun hərbçisi qəzada həyatını itirdi

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!